"Biz bu işləri elə görəcəyik ki, dostlarımızın heç nəyə ehtiyacı olmasın"

11 İyun 2022 00:20 Problem 831
"Biz bu işləri elə görəcəyik ki, dostlarımızın heç nəyə ehtiyacı olmasın"

Ukrayna klubları yeni mövsümdə avrokubok oyunlarını Polşada keçirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının prezidenti Sezari Kuleşa məlumat verib.

O, "Tribuna"ya müsahibəsində belə deyib:

"Ukrayna Millətlər Liqasının iki oyununu Polşada keçirəcək. Hər şey şəraitdən asılıdır, amma biz təşkilatı işləri elə görəcəyik ki, dostlarımızın heç nəyə ehtiyacı olmasın.

Qarşı tərəf istərsə, biz yenə onların xidmətindəyik. "Şaxtyor", "Dinamo" (Kiyev) və digər Ukrayna klublarının avrokubok oyunlarını Polşada keçirməsi ilə bağlı onu deyə bilərəm ki, danışıqlar gedir. Zamanı gəldikdə hər şeydən xəbərdar olacaqsınız".

Fevralın 24-də Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar hər iki ölkə arasında müharibə gedir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti