"İnter"in müdafiəçisi pis hadisə ilə üzləşdi, Bakıya gəlməyəcək

8 İyun 2022 09:20 Problem 798
"İnter"in müdafiəçisi pis hadisə ilə üzləşdi, Bakıya gəlməyəcək

Slovakiya millisi Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəyi UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, komandanın aparıcı futbolçularından hesab edilən Milan Şkrinyar evdə Qazaxıstan seçməsinə 0:1 hesabı ilə uduzduqları görüşdə zədələnib.

İtaliyanın "İnter" klubunda çıxış edən 27 yaşlı müdafiəçi 43-cü dəqiqədə əvəzlənib. Şkrinyarın zədəsinin ciddi olduğu və bir neçə ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

İyunun 10-da "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti