Futboldan ömürlük uzaqlaşdırılan azərbaycanlı funksionerin problemi bitmir

18 May 2022 13:40 Problem 781
Futboldan ömürlük uzaqlaşdırılan azərbaycanlı funksionerin problemi bitmir

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-dan şikayəti ilə bağlı qərarını yenidən təxirə salıb.

Sportinfo.az xəbər verir ki, bu barədə N.İbrahimovun vəkili Fərid Haqverdiyev özünün sosial şəbəkə hesabında yazıb.

O, CAS-ın müraciət üzrə cavabı iyulun 7-dək uzatdığını bildirib.

44 günlük Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. "Qarabağ" isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.

İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin bu, 27 yanvaradək təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti