Mahir "Legiya"nı məhkəməyə verdi – Həm borcunu, həm də müqavilənin ləğvini istəyir

11 Yanvar 2022 00:30 Problem 611
Mahir "Legiya"nı məhkəməyə verdi – Həm borcunu, həm də müqavilənin ləğvini istəyir

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Legiya"nı məhkəməyə verib.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu Varşava təmilçisinin ona olan borcuna görə bu addımı atıb.

Forvard paytaxt klubundan həm məvacibinin qalan hissəsini, həm də müqaviləsinə xitam verilməsini tələb edir.

"Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. ABŞ-dan hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib.

O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Digər Xəbərlər
Xəbər Lenti