Messinin başı dərddə - 30 milyonluq oteli sökülə bilər - FOTO

4 Dekabr 2021 18:40 Problem 479
Messinin başı dərddə - 30 milyonluq oteli sökülə bilər - FOTO

PSJ-nin ulduzu Lionel Messinin İspaniyanın Barselona şəhərinin cənubunda yerləşən oteli sökülə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “El Confidencial” nəşri məlumat yayıb.

Xəbərdə, Messinin 2017-ci ildə 30 milyon avroya satın aldığı 77 otaqlı otelin şəhər standartlarına uyğun olmadığı səbəbindən söküləcəyi bildirilib.

İddiaya görə, oteli 4 il əvvəl Messiyə satan şəxs gələcəkdə buranın söküləcəyindən xəbərdar imiş. Lakin o, bu haqda argentinalı hücumçuya məlumat verməyib.

Messi hazırda PSJ-də illik 30 milyon avro qazanır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!