"Başıma bir hadisə gələn kimi dərhal qəzetlər yazmağa başlayır"

17 Oktyabr 2021 22:00 Problem 366
"Başıma bir hadisə gələn kimi dərhal qəzetlər yazmağa başlayır"

Belçika millisinin sabiq üzvü Raca Nainqolan sürücülük vəsiqəsindən məhrum edilib.

Sportinfo.az xəbər verir ki, “Antverpen”in üzvü sərxoş vəziyyətində avtomobil idarə etdiyi üçün bu cəzaya məruz qalıb.

Nainqolan düşdüyü vəziyyətə bu cür açıqlama gətirib: “Mən normal insanam. Bəzən hər kəs bir stəkan içki içir, doğrudur? Bunda pis bir şey görmürəm.

Uşaqlar üçün pis nümunə olduğumu deyirlər. Həmişə olduğu kimi yaşamağa çalışıram. Başıma bir hadisə gələn kimi dərhal qəzetlər yazmağa başlayır”.

​“Pyaçentsa”, “Kalyari”, “Roma”, “İnter” klublarında oynamış təcrübəli futbolçu 2021-ci ildən Belçikada oynayır.

Digər Xəbərlər
Xəbər Lenti