Gorus-Qafan yolunda ŞOK GƏLİŞMƏ: İrəvanın açarı BAKININ ƏLİNƏ KEÇDİ

24 Sentyabr 2021 02:24 Problem 1 221
Gorus-Qafan yolunda ŞOK GƏLİŞMƏ: İrəvanın açarı BAKININ ƏLİNƏ KEÇDİ

İranın Gorus-Qafan yolundan hər vəchlə yayınaraq Ermənistana yükdaşıma həyata keçirtməsinə səbəb nədir? Onlar niyə Azərbaycan postundan yayınmaq istəyirlər?

“Öncəliklə onu qeyd edək ki, xarici ölkələrin Azərbaycan ərazisinə daxil olan və çıxan avtomobillərinə yol vergisi və dövlət rüsumu tətbiq olunması Azərbaycanın dövlət siyasətidir.

İran yük maşınlarının, əsasən yanacaq daşıyan TIR-ların Qarabağa səfər etməsi səbəbi ilə Aərbaycan öz ərazisindən keçən yoldan, öz ərazisində təhlükəsizlik riskləri formalaşdıran bu məsələni nəzarət altına aldı və öncə yolu bağladı, daha sonra isə gömrük rüsumu tətbiq etdi”, – deyən politoloq Yeganə Hacıyeva əlavə etdi ki, gömrük rüsumlarının tətbiqi heç bir halda İrana qarşı bir təzyiq forması deyil, bu sadəcə İranın Azərbaycan ərazisindən istifadə edərək nə daşımasına nəzarət aktıdır.

Yeganə Hacıyevanın cavabının ardı belədir:

“Biz İranın Qarabağ ermənilərinə nə daşımasını müəyyənləşdirmək üçün keçid məntəqələri qurub, sonra da məntiqi olaraq gömrük rüsumu tətbiq etdik. Ermənistana yük daşıyan İran yük maşınları Ermənistanın özündə gömrük rüsumu ödədiyi halda, Azərbaycana niyə rüsum verməməlidir ki?

Anlaşılandır ki, Gorus- Qafan yolu Ermənistan və İran üçün strateji bir nəqliyyat xəttidir.İndiki vəziyyət Ermənistan üçün ciddi logistik problemlər yaradır. Bu yol həm də böyük pulların dövr etdiyi yoldur, hər il təxminən 25 min yük avtomobili İran və Ermənistan arasındakı sərhədi keçir. Yol Ermənistan üçün həm də ciddi maliyyə qaynağıdır.

Çünki yük maşınlarındakı daşımalara görə kifayət qədər böyük pullar ödənilir, bu yolun bağlanması həm də Ermənistan büdcəsini bu maliyyə qaynağından məhrum etmək anlamına gəlir.

İran maşınları Gorus-Qafan yolundan niyə imtina edir sualına gəlsək, bu imtina uzunmüddətli deyil. Məsələ ondadır ki, istər Ermənistan, istərsə də İran üçün Gorus-Qafan yolunun alternativi indi mövcud deyil. Elan etdikləri təcili tikilən və alternativ yol kimi nəzərdə tutulan ikinci yol isə böyük yük daşımaları üçün əlverişli deyil, qarşıdan gələn qış ayları üçün isə ümumiyyətlə işlək deyil.

Həm də bu yol çəkilsə belə Ermənistanın İranla mövcud enerji şəbəkələrinin hamısını əhatə etməyəcək və mövcud daşınmalara görə iqtisadi rentabelliyi də yoxdur.

Ermənistan hakimiyyətinin səsləndirdiyi “Şimal Cənub” nəqliyyat dəhlizi kimi fikirləri isə, blefdir, çünki mövcud komunikasiyalarda bu ancaq Zəngəzur koridorundan, ya da elə bu Gorus-Qafan yolundan istifadə ediləcək.

Bu isə o deməkdir ki, istənilən halda Ermənistanın enerji və itisadi təhlükəsizliyinin açarı Bakının əlindədir.

Hal hazırda isə, Ermənistan şəhərləri arasındakı magistral yollarında daşınmalar Azərbaycanın şərtləri əsasında həyata keçirilir”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu