"Neftçi" gözlənilmədən bu transferdən imtina etdi – SON DƏQİQƏ

18 Yanvar 11:20 Neftçi 6 340
"Neftçi" gözlənilmədən bu transferdən imtina etdi – SON DƏQİQƏ

«Neftçi»nin transfer planlarının istiqaməti qəfil dəyişib.

Syerra Leone millisinin vingeri Alfa Konte ilə müqavilə imzalayan bakılılar son anda Brayan Morenodan vaz keçib.

Halbuki «ağ-qaralar»ın 24 yaşlı kolumbiyalı forvardla bağlayacağı kontraktın müddəti də məlum idi.

Cənubi amerikalı ilə 3,5 illik anlaşma imzalanması nəzərdə tutulurdu.

«Neftçi»nin idman direktoru Yanne Anderson bu keçidə okey verməyib. İsveçli funkioner Moreno ilə əlaqəli mənfi raport hazırlayıb, onun komandaya faydalı olmayacağına dair faktları sadalayıb.

O, Miodraq Bojoviçlə söhbətində də bu düşüncələrini bölüşüb və məsələni baş məşqçiylə razılaşdırıb.

Kolumbiyalının son klubu Bolqarıstanda MOİK (Sofiya) olub. 185 sm boya sahib mərkəz hücumçusu hazırda azad agent statusu daşıyır.

Moreno 2023/2024 mövsümünün ilk yarısında 3 dəfə meydanda olsa da, bundan əvvəlki çempionatda 936 dəqiqə forma şansı qazanıb və bu müddətdə 9 qola imza atıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti