“Burada ən böyük mənəm, qalanları kiçikdir, onlara heç nə çatmamalıdır”

16 İyul 2021 12:20 Problem 832
“Burada ən böyük mənəm, qalanları kiçikdir, onlara heç nə çatmamalıdır”

İpaniya La Liqasının prezidenti Xaver Tebas Superliqa barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Tebas Superliqa ideyasında bəzi məqamları dəstəklədiyini bildirib.

O, idarəetmə sistemində dəyişikliyin olmasının tərəfdarıdır:

“Superliqada bəzi aspektləri dəstəklədim və bu barədə “Barselona”, “Real” rəhbərləri ilə görüşəndə də dedim. Məsələn, idarəetmədə.

Hesab edirəm ki, klublar qərarların qəbulunda söz sahibi olmalıdırlar. Ona görə ki, klublar futbolun inkişafının öncülləri sayılırlar.

Amma mən böyük klubları həm də ona görə tənqid edirəm ki, onlar belə deyirlər: “Burada ən böyük mənəm, qalanları kiçikdir, onlara heç nə çatmamalıdır”.

UEFA bu məsələlərlə bağlı addım atmalıdır. Bu barədə Ceferinə də demişəm”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!