“Səni tezliklə meydanda görəcəyimə ümid edirəm” – Ronaldo

14 İyun 2021 09:50 Problem 1 115
“Səni tezliklə meydanda görəcəyimə ümid edirəm” – Ronaldo

“Bizim fikirlərimiz və dualarımız Ksirstian Eriksen və onun ailəsilədir”.

Sportinfo.az xəbər verir ki, bu fikirlər Kriştiano Ronaldoya məxsusdur.

O, bütün futbol dünyası kimi AVRO-2020-nin Danimarka – Finlandiya matçında huşunu itirən Kristian Eriksenə dəstək olub.

Portuqaliya millisinin və “Yuventus”un hücumçusu danimarkalını yenidən meydanda görəcəyinə ümid etdiyini gizlətməyib:

“Futbol dünyası yaxşı xəbərlər ümidi ilə birləşir. Mən səni tezliklə meydanda görəcəyimə ümid edirəm, Kris! Güclü qal!”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM