"Cibindən çıxardığı bananı mənə verəndə çox əsəbləşdim"

7 May 2021 23:20 Problem 1 136
"Cibindən çıxardığı bananı mənə verəndə çox əsəbləşdim"

"Qarabağ"da oynayanda Polşada dincəlirdim. Yoldaşım və onun dayısı ilə küçədə gəzərkən bir nəfər dərimin rəngi ilə bağlı məni təhqir etdi.

Fikir vermədim, çünki mənə maraqlı deyildi. Amma cibindən çıxardığı bananı mənə verəndə çox əsəbləşdim".

Sportinfo.az xəbər verir ki, bu açıqlama "Qarabağ"ın sabiq legioneri Donald Geryeyə məxsusdur.

Hazırda karyerasını Cənubi Kiprdə - "Apollon"daa davam etdirən haitili müdafiəçi indiyədək üzləşdiyi irqçilik qalmaqallarını yada salıb:

"Ona qəzəblə baxsam da, heç nə etmədim. "Qarabağ"ın heyətində Belarusda BATE-yə qarşı oynayanda azarkeşlər irqçi şüarlar səsləndirirdilər.

Açığı, çox pis təsir etmişdi. Amma qol vurandan sonra onların qarşısında gülməyə və meymun kimi rəqs etməyə başladım. Əslində isə bu cür hallarda ən yaxşı cavab onlara fikir verməməkdir.

Düzdür, bəzən kimisi qaldırıb yerə çırpmaq istəyirsən. Amma həmin an tanrı sizi sakitləşdirir. Digər ölkələrdə, məsələn, Azərbaycanda isə heç vaxt irqçiliklə qarşılaşmamışam".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!