Şəhid adını alçaldanların cəzalandırılması ilə bağlı təklif

7 May 2021 02:52 Problem 1 204
Şəhid adını alçaldanların cəzalandırılması ilə bağlı təklif

Milli Məclis plenar iclasında çıxış edən deputat Bəhruz Məhərrəmov Azərbaycanın Cinayət Məcəlləsinə şəhid adını alçaldanların cəzalandırılması ilə bağlı ayrıca maddənin əlavə edilməsini təklif edib.

Sportinfo.az xəbər verir ki, deputat son günlər şəhidlərə həqarət hallarına yol verilməsinə diqqət çəkib:

“Bu günlərdə bəzi şəxslər şəhidlərimizə dil uzadır. Bunun qarşısı alınmalıdır. Hesab edirəm ki, Cinayət Məcəlləsinə şəhid adını alçaldanların cəzalandırılması ilə bağlı maddə əlavə edilməlidir. Bunu edənlərə qarşı da ən sərt cəza tədbirləri görülməlidir”.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda