AVRO-2020-ni buraxacaq tanınmış 5 futbolçu – "ÇAĞIRILMAMIŞ QONAQ"

14 Aprel 2021 11:20 Problem 538
AVRO-2020-ni buraxacaq tanınmış 5 futbolçu – "ÇAĞIRILMAMIŞ QONAQ"

Sportinfo.az xəbər verir ki, Türkiyə millisinin hücumçusu Cenk Tosun və Portuqaliya yığmasının forvardı Pedru Netu klubları “Beşiktaş” və "Vulverhempton"un heyətində ağır zədə alaraq mövsümü başa vurublar.

Ötən il də eyni aqibətlə üzləşən Cenk AVRO-2020-nin bu ilə təxirə salınmasına sevinsə də, növbəti zədə onun bu turnirə yolunu ikinci dəfə bağlayıb.

Tosun və Netu zədə üzündən Avropa çempionatından kənarda qalacaq yeganə oyunçular deyil. Bu mövsüm onlardan əvvəl zədələnərək qitənin ən nüfuzlu yarışını buraxacaq 5 ən tanınmış oyunçunu təqdim edirik.

Julian Baumqartlinger - Avstriya
Çarpaz bağları qopan 34 yaşlı yarımmüdafiəçinin hətta yaşıl meydanlara nə zaman dönəcəyi də qeyri-müəyyəndir. 2009-cu ildən Avstriya millisinə çağırılan orta sahə oyunçusu hazırda “Bayer”in formasını geyinir.

Nikolo Zaniolo – İtaliya
Ötən mövsümdən zədələrdən qurtula bilməyən 22 yaşlı pleymeyker ilk olaraq keçən il keçirilməsi nəzərdə tutulan turniri elə həmin vaxt da buraxacaqdı. Ardıcıl ikinci dəfə çarpaz bağ problemi yaşayan “Roma”nın üzvü ən yaxşı halda bir ay sonra sıraya dönə biləcək. Bu üzdən o da turnirə qatılmayacaq.

Vircil van Deyk – Niderland
“Liverpul”da müdafiə xəttindəki itkilər məhz van Deyklə başlayıb. O da eyni zədədən əziyyət çəkir. Əslində ulduz futbolçu Avropa çempionatı öncəsi sağalacaq. Amma uzun müddət futbolsuz qalan biri 10 gün ərzində belə böyük turnirə hazır ola bilməz.

Co Qomes – İngiltərə
“Liverpul”un cari mövsümdəki uğursuz çıxışının səbəblərindən biri də van Deyklə yanaşı, Co Qomesin komandaya kömək edə bilməməsidir. Ötən ilin noyabrında zədələnən və mövsümü başa vuran mərkəz müdafiəçisi yalnız iyunun sonlarında məşqlərə başlaya biləcək. Bu isə o deməkdir ki, AVRO-2020-yə yetişməsi mümkün deyil.

Aksel Vitsel - Belçika
2014 və 2018-ci illərdə dünya çempionatı, 2016-cı ildə isə Avropa çempionatına qatılan heyətdə yer alan yarımmüdafiəçi ağır zədə üzündən yarım mövsümdür klubu Dortmund “Borussiya”sına qoşula bilmir. Vitsel ən yaxşı halda iyunun ortalarında yüngül məşqlərə başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti