Komaya düşən məşqçi yenidən Bakıya gətirilir

23 Fevral 2021 09:40 Problem 1 354
Komaya düşən məşqçi yenidən Bakıya gətirilir

Dörd ay öncə koronavirusa yoluxan və ardınca beyin insultu keçirən Qəhrəman Əliyev hələ komadan ayılmayıb.

Məşqçinin yaxınlarının Sportinfo.az-a verdiyi məlumata görə, onun qarşıdakı günlərdə yenidən Bakıya gətirilməsi planlaşdırılır.

«Viləş» və «Şəmkir»in sabiq çalışdırıcısı paytaxtda yerləşən klinakaların birinə yerləşdiriləcək və burada reablitasiya keçəcək.

Tanınmış mütəxəssisi müayinə edən nevropotoloqlar müalicə prosesinin uzunmüddətli olacağını proqnozlaşdırıb. Onların ümumi diaqnozuna görə, pasiyentin hər iki beyin yarımkürəsi zədələndiyindən, özünə gəlməsi vaxt alacaq.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 18:10 Çək və bizə göndər!
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız