"Qəbələ" Sumqayıtdan 3 xalla qayıdır - Yenilənib

30 Noyabr 2020 17:55 Premyerliqa 732
"Qəbələ" Sumqayıtdan 3 xalla qayıdır - Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Sumqayıt” “Qəbələ”ni qəbul edib. İki gün öncə keçirilməli olan, lakin bəzi futbolçularda koronavirus aşkarlandığı üçün təxirə salınan matç “Kapital Bank Arena”da oynanılıb. Qonaqlar bu görüşdən minimal hesabla qalib ayrılıblar.

Turun ilk üç oyununda qalib müəyyənləşməyib. “Neftçi” – “Zirə” matçında 0:0, “Keşlə” – “Sabah” və “Səbail” – “Qarabağ” görüşlərində eyni – 1:1 hesabı qeydə alınıb.

Azərbaycan Premyer Liqası
11-ci tur

30 noyabr

“Sumqayıt” – “Qəbələ” 0:1

Qol: Rafael Utriq, 16

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov

Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 5. Camaləddin Xocaniyazov, 21. Adəm Həmati, 17. Murad Xaçayev, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə

Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 27. İsmayıl Babayev, 35. Eldost Qiyasbəyli, 29. Sərvin İsmayılov Baş məşqçi: Ayxan Abbasov

Qəbələ”: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 55. İdris İnqilablı, 71. Rüfət Əhmədov

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 6. Kamal Mirzəyev, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev Baş məşqçi: Elmar Baxşıyev "Kapital Bank Arena"

Xəbər Lenti