“Sportinfo TV”də yayımlanan “Futbol Manşet“in növbəti buraxılışı efirə gedib.
Xanoğlan İmanovun təqdimatında izləyicilərin görüşünə gələn budəfəki verlişdə qonaq Ramiz Mirzəzadə olub.
Tanınmış telejurnalist Premyer Liqanın doqquzuncu turunun nəticələrinə dair fikirlərini bildirib.
O, Vensan Abubakarın “Neftçi“yə keçidinə yüksək qiymət verib. Qeyd edib ki, kamerunlu hücumçunun gəlişi paytaxt təmsilçisini çox gücləndirəcək.
Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edən, onların sevimlisi olan “YaaRa Tekstil”in dəstəyi ilə təqdim olunur.
YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.
Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.
Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.
"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

