Braziliyalı "Qarabağ"da forma geyinməyəcək - FOTO

21 Fevral 2020 19:42 Premyerliqa 1 544
Braziliyalı "Qarabağ"da forma geyinməyəcək - FOTO

Həftəsonu Premyer Liqada 18-ci turun görüşləri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, "Neftçi"ni qəbul edəcək "Qəbələ"də 2 cəzalı futbolçu var.

Bunlar Fernan Lopeslə qapıçı Anar Nəzirovdur. İspaniyalı yarımmüdafiəçi ötən tur "Səbail"lə oyunda qırmızı vərəqə alıb. Nəzirov isə sarı vərəqə limitini doldurub.

Qonaqların heyətində Tural Axundov cəzalıdır. Cinah müdafiəçisi ötən tur "Keşlə" ilə qarşılaşmada sarı vərəqə limitini doldurub.

"Keşlə"nin qonağı olacaq "Zirə"nin 2 futbolçusu cəza səbəbindən oyunu buraxacaq. Ötən tur "Qarabağ"la matçda qırmızı vərəqə alan kapitan Cavid Hüseynov 4 oyunluq cəzalandırılıb. Yeni transfer Ağabala Ramazanov isə bu turda da meydana çıxmayacaq. Onun cəzası gələn tur başa çatır.

"Sumqayıt"ı qəbul edəcək "Qarabağ"ın heyətində 1 cəzalı oyunçu var. 17-ci turda "Zirə" ilə qarşılaşamda qol vuran Aylton Silva sarı vərəqə limitini doldurub. Bu səbəbdən də braziliyalı cinah müdafiəçisi meydana çıxmayacaq.

Xəbər Lenti