Premyer Liqanın "vurulması" planlaşdırılan 2 baş məşqçisi

26 Yanvar 2020 13:50 Premyerliqa 1 114
Premyer Liqanın "vurulması" planlaşdırılan 2 baş məşqçisi

UEFA Avropa klub kuboku yarışlarının həmrəylik və uşaq futbolu üzrə proqramına uyğun olaraq, qitəmiqyaslı yarışların qrup mərhələsinə vəsiqə qazanmayan komandaların hesablarına maliyyə vəsaitlərini AFFA-nın vasitəsilə köçürüb. Premyer Liqanın 7 iştirakçısınn ("Qarabağ" qrupda olduğu üçün istisnadır) hər biri 56 min 794,43 avro qazanıb.

"Səbail"in vəzifələrinin aydınlaşması artıq klubun idarəedici strukturundan asılı olacaq. Bu mənada qərarlar daha çox kollektivin məqsəd və vəzifələrinin müəyyən olunmasından başlamalıdır. İstənilən halda möövcud sonuncu pillə reallığın aynasıdır. Qazanılan xallar isə əksinə, mümkün təpərin olmasını, lakin yaşananların da izsiz ötüşməyəcəyinə işarədir. Nəyisə dəyişmək üçün qəfil oyanış lazımdır. Bunun reallığı hələlik şübhə doğurur.

UEFA-nın maliyyə vəsaitinə qovuşmuş "Səbail"in bundan sonrakı halı maraqlıdır. Həmçinin "Sumqayıt"ın illərin axtarışlarına nə vaxt çatacağını müəyyən etmək hələlik çətindir. Bu dəfə komandanı çox maraqlı ampluada görmək olur. İndi məşqçi korpusu rəhbərliyin etimadı və bir az da dəstəyi ilə əsas strateji hədəfləri düz müəyyən etməlidir. Elə bu da dediklərimizə daha bir əsasdır. Deyərdim ki, buna səfi yerində olmayan "Səbail" də təkan verdi. İstənilən halda, belə məqamların cəmi komandaların simasını və perspektivini müəyyənləşdirməyə kömək edir.

UEFA-nın göndərdiyi 56 min 794,43 avronu yada salıb, "Səbail"lə "Sumqayıt"ın adını təsadüfən çəkmədim. Hər ikisinin baş məşqçisi hədəfdədir. Bu klubların başında dayananlar Ayxan Abbasovla Aftandil Hacıyevin ayağının altını qazır. Riad Rəfiyev "Sumqayıt"da, Ramin Həsənov "Səbail"də çirkin bir tapşırıq yerinə yetirir. AFFA-dan onlara əmr gəlib: atları olmasa da, baş məşqçiləri dəyişin! Adamların "günah"ı odur ki, vaxtilə məşqçiliyə "Qarabağ"da başlayıblar, indi də Qurban Qurbanova yaxın hesab olunurlar.

Bu səbəbdən "Sumqayıt" qış fasiləsini boş keçirdi, heyəti gücləndirmədilər. Gedənlər var, gələnlər yox. Antalya toplanışının son günlərindəki otel qalmaqalı da bu yandan. Rəfiyevin əl-üzünü və bir yerini yuyan bəzi mirzələr Sportinfo.az-ı təkzib eləməyə qalxdı, komandanın qaldığı məkandan çıxarılması xəbərini şayiə adlandırdı. Qapı arxasında qalan futbolçuların halına acımayıb da, Rəfiyevin yanında yaxşı görünmək üçün mırıldayanlar, faktın gözünün içinə xor baxanlar, ölün də ta… Ayxan Abbasov qəhrəmandır ki, hər fürsətdə ona, işinə, komandasına maddi-mənəvi zərbə vuran, AFFA-dan aldığı iyrənc tapşırığı həyata keçirmək üçün Sumqayıt futbolunun adını batırmağa hazır olan prezidentə dözür, ruhdan düşmür, mübarizə aparır, mücadilə verir. Halal mükafatını ala bilməyən futbolçuların kabinetə keçib Rəfiyevi döyməsini önləyən şəxs Abbasovdur. Bir addım kənara çəkilsə, komandanın aparıcı simaları prezidenti otağının ortasındaca sillə-təpiyə "qonaq edərlər". Rəfiyevin onu biabırçılıqdan qoruyan Abbasova "sağ ol"u budur: zəif heyət, problemli Antalya səfəri.

"Səbail" UEFA-dan gələn 100 min manatdan artıq pulun ucunu Aftandil Hacıyevə göstərmədi. Hendrik Ekşteyndən savayı, komandaya bir normal futbolçu almadılar. Rauf Əliyev və digər yeni gələnlər "beşinci təkər"dir. Hələ mövsümün ortasıdır, düşərgədən ayrılanların sayı 20-yə yaxındır. Əsl rəzalətdir bu! Kluba tarixində ilk dəfə Premyer Liqanın bürünc medalını və avrokuboklara vəsiqəni qazandırmış baş məşqçiyə bu cür etinasız yanaşma, sadəcə, dəhşətdir! Hanı o Tamerlan Abdullayev? Görən, bilən varmı yerini? Niyə yenə yoxa çıxıb? "Səbail" əldəqayırma klubdur deyə, məşqçi kimliyi perspektiv vəd edən Hacıyevi turnir cədvəlinin "zirzəmi"sində "boğmalıdır"? Nə tez təslim oldu AFFA-nın yan-yörəsinə yerləşdirdiyi agentlərə?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!