Daha böyük problemlər var, fasilədə gedənlərin sayı artacaq - AFTANDİL HACIYEV

8 Dekabr 2019 17:25 Premyerliqa 811
Daha böyük problemlər var, fasilədə gedənlərin sayı artacaq - AFTANDİL HACIYEV

"Zirə"-"Səbail" matçından (4:1) sonra qonaq komandanın baş məşqçisi mətbuat konfransı keçirib. Sportinfo.az xəbər verir ki, gənc mütəxəssis oyun haqda bunları deyib:

"Qış fasiləsi ərəfəsində son oyun idi. Axırıncı pillədən qurtula bilərdik. Amma bacarmadıq. Heyətimizi rəqiblə müqayisə edə bilmərik. Ustalıq səviyyəsi "Zirə"də daha çox idi. Geridönüş edə bilmədik. Qol vurduq, amma heç-heçə cəhdimiz alınmadı. Rəqibin ustalıq səviyyəsi ümidlərimizi puç etdi.

Demirəm ki, məndə günah yoxdur. 10 oyun qalib gəlməmək böyük problem deyil. Daha böyük problemlər var. Tapşırıq olub ki, daha gənc oyunçulara şans verək. Bundan danışmaq lazımdır.

Meydanda 3 limit futbolçumuz var idi. Təcrübəli futbolçular bu vəziyyətlə barışmaq istəmirlər. Onlar iddialı klublarda çıxış etmək istəyirlər. İddiamız zəifləyib deyə onlar da narahatdır. Hər kəs çalışır ki, maksimum dərəcədə çıxış etsin. Bu gənc oyunçuların ilk illəridir. Onların oyun sayı artmalıdır ki, təcrübələri də çoxalsın.

Ona görə rahatam ki, heyətimiz gəncdir. Onları milli komandaya qazandıra bilərik. Mənim dövrümdə komandada pozitiv hallar daha çoxdur. Yeganə narahatlıq odur ki, sonuncu pillədə gedirik. Bu məni razı sala bilməz.

Çempionat başlayandan sonra komandanı tərk edənlər oldu. Fasilədə də gedənlərin sayı artacaq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"