"Yəqin ki, ona görə siyahıdan kənarda qalmışam"

7 Dekabr 2019 10:38 Premyerliqa 584
"Yəqin ki, ona görə siyahıdan kənarda qalmışam"

“Hakimlər Komitəsində sədr dəyişib, yeni sədr gəlib. Mən də bu il əməliyyat olunmuşam”. Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a açıqlamasında azərbaycanlı hakim Rza Məmmədov deyib.

FİFA dərəcəli referi köməkçisi 2020-ci il üçün quruma göndərilən siyahıdan kənarda qalıb. R.Məmmədov fiziki hazırlığındakı problemlərlə əlaqələndirib: “Bu, əməliyyatdan sonra baş verdi.

Yəqin ki, ona görə siyahıdan kənarda qalmışam. Bunu AFFA Hakimlər Komitəsinin sədri Fritz Ştuxlikin özü daha yaxşı bilər. Mənim onunla problemim yoxdur. O, daha çox fiziki hazırlığa nəzər yetirir”.

33 yaşlı hakim 2014-cü ildə FİFA statusu alıb. R.Məmmədov sonradan yenidən FİFA hakimi olmasını inandırıcı saymır: “2021-ci il də bir illik fasilədən sonra siyahıya qayıdıb-qayıtmağayacağımla bağlı bir şey deyə bilmərəm.

Yəqin ki, gənclərə şans verərlər. Mənim isə onda 35 yaşım olacaq. Fikirləşirəm ki, FİFA hakimliyim başa çatıb. Siyahıya yeni daxil edilən Pərvin Talıbov da mənimlə həmyaşıddır. Onun fiziki hazırlığı yaxşı səviyyədədir”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 23:45 Kamran Quliyev "Sabah"da
26 Sentyabr 22:20 “Yuventus” icarəyə verdi
26 Sentyabr 17:38 PSJ-də yeni qapıçı
26 Sentyabr 00:56 Toylara niyə icazə verilmir?
25 Sentyabr 23:20 Divizionda ilk... BİLİNDİ