AFFA "Sabah"dan 3000, "Neftçi"dən 500, “Turan”dan 700 manat aldı

20 May 23:20 Premyerliqa 606
AFFA "Sabah"dan 3000, "Neftçi"dən 500, “Turan”dan 700 manat aldı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 32-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

“Şamaxı” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimə edilib.

“Sabah” – “Neftçi” oyununun 85-ci dəqiqəsində “Sabah”ın hücumçusu Coy Lens Mikels təcavüzkar davranışa (rəqibə topu aqressiv şəkildə atdığına) görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla, 2 oyunluq cəzalandırılıb. Klub 3000 manat cərimə edilib. 6 ay sınaq müddəti təyin edilib.

“Sabah” – “Neftçi” oyununun 85-ci dəqiqəsində “Neftçi”nin yarımmüdafiəçisi Emil Səfərov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, komanda 500 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM