"Turan” Şamaxıda, "İmişli" Bakıda "Qarabağ"a uduzdu

16 May 18:56 Premyerliqa 659
"Turan” Şamaxıda,  "İmişli" Bakıda "Qarabağ"a uduzdu

Misli Premyer Liqasında 32-ci tur davam edir.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə 2 matç keçirilib.

Həm “Qarabağ”ın, həm də “Turan Tovuz”un gümüş medal qazanmaq şansı qaldığı üçün bu komandaların oyunları eyni vaxtda start götürüb.

“Qarabağ” öz meydanında “İmişli”ni qəbul edib. Matç Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda Ağdam klubu 66 xalla 2-ci, İmişli təmsilçisi isə 33 xalla 9-cu pillədə qərarlaşıb. Bu komandaların cari mövsümdəki qarşılaşmalarında “Qarabağ”ın üstünlüyü var.

Ağdam klubu əvvəlcə rəqibini 2:0, daha sonra isə 1:0 hesabı ilə məğlub edib. Qurban Qurbanovun komandası “İmişli”yə qalib gələrək sona 1 tur qalmış ikinci yeri, həmçinin avtomatik Avropa Liqasına vəsiqəni təmin edib.

“Turan Tovuz” isə səfərdə “Şamaxı” ilə üz-üzə gəlib. Matç Şamaxı təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda Tovuz klubu 59 xalla 3-cü, “Şamaxı” isə 38 xalla 8-ci yerdədir. Bu komandaların ilk dövrədəki görüşündə “Turan Tovuz” 2:1 hesablı qələbə qazanıb.

İkinci dövrədə Şamaxıda baş tutan matçda isə qalib aşkarlanmayıb - 0:0.

Turun ötən gün keçirilən görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"i (2:0), "Qəbələ" "Karvan-Yevlax"ı (2:1) məğlub edib. XXXII tura mayın 17-də yekun vurulacaq.

17:00. "Şamaxı" – "Turan Tovuz" 3:2

Qollar: Arsen Ağcabəyov, 9, Dioqo Balau 28, Abdulla Rzayev 83 // İbrahima Vadji 65, Alexandro Serrano 73
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Ruslan Quliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu

"Şamaxı:" 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 48. Ramiz Muradov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 10. Andrey Tirkoveanu 88. Rodriqo Fernandeş 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov

"Turan Tovuz:" 41. Sergey Samok 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 29. Filip Ozobiç 4. Şəhriyar Əliyev 6. Fərid Yusifli 99. Vadji İbrahima 19. Roberto Olabe 8. David Tavareş 2. Mark Rene Mampassi
Baş məşqçi: Kurban Berdıyev

17:00. "Qarabağ" – "İmişli" 1:0

Qollar: Kamilo Duran 46, Marko Yankoviç 66-pen; Abdullah Zubir 78
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Rəhman İmami, Nicat İsmayıllı.
VAR: Əliyar Ağayev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tofiq Bəhramov adına Respublika Stadionu

"Qarabağ": 99. Mateus Koxalski 27. Toral Bayramov 10. Abdullah Zubir (k) 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 32. Hikmət Cəbrayılzadə 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

"İmişl"i: 1. Hüseynəli Quliyev 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 70. Mehdi Tahirov 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 94. Rafael Vieqaş 29. Edvin Banquera 79. Dioqo Kardozu 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 90. Riad Abbaszadə 97. Xəzər Mahmudov 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov 6. Yau Mozes
Baş məşqçi: Jorj Kaşkilya

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti