"Turan" və "Neftçi" qalib gəldi, “Karvan” I Liqaya yuvarlandı

10 May 21:20 Premyerliqa 913
"Turan" və "Neftçi" qalib gəldi, “Karvan” I Liqaya yuvarlandı

Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, sonuncu oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb.

Əvvəlcə “Turan Tovuz” öz meydanında “Karvan-Yevlax”ı qəbul edib. Matç Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra Tovuz klubu 59 xalla 3-cü, Yevlax təmsilçisi isə 14 xalla 12-ci, sonuncu pillədə qərarlaşıb.

Beləliklə, Tovuz təmsilçisi növbəti mövsümdə ölkəmizi avrokuboklarda təmsil edəcək komandalardan biri olacaq. "Karvan-Yevlax" isə gələn mövsüm birinci liqada mübarizə aparacaq.

Cari mövsüm tərəflər arasında baş tutan oyunlarda “Turan Tovuz” üstündür. Kurban Berdıyevin komandası ilk dövrədə 2:1, ikincidə isə 1:0 hesablı qələbə qazanıb.

Tura “Neftçi” - “Şamaxı” matçı ilə yekun vurulub. Matç "ağ-qaralar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt klubu 53 xalla 4-cü, bölgə təmsilçisi isə 35 xalla 8-ci pillədədir.

“Neftçi” və “Şamaxı” arasında ilk iki dövrədə keçirilən matçlarda qalib aşkarlanmayıb - 1:1 və 2:2.

Turun daha əvvəl baş tutan görüşlərində "Kəpəz" "Sabah"ı (1:0), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib.

"Qəbələ" -"Qarabağ" matçında 1:1 hesabı qeydə alınıb. "İmişli" - "Zirə" görüşü isə qolsuz bərabərliklə başa çatıb.

17:00. "Turan Tovuz" – "Karvan-Yevlax" 1:0

Qollar: Ayxan Hüseynov, 45+1

Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov

VAR: Elçin Məsiyev

AVAR: Namik Hüseynov

Hakim-inspektor: Əmrah İbrahimov

Tovuz şəhər stadionu

“Turan Tovuz”: 1. Oleq Baklov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva

Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 88. Faiq Hacıyev 6. Fərid Yusifli 99. Vadji İbrahima 19. Roberto Olabe 8. David Tavareş 2. Mark Rene Mampassi

Baş məşqçi: Kurban Berdiyev

“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 4. Olavale Doyeni

Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 42. İbrahim Qədirzadə 18. Süleyman Əhmədov 17. Samir Abdullayev 77. Əli Abdullayev 37. Mois Nqvisani 19. Tompson Qavi 8. Peter Kings 10. Samuel Durrant

Baş məşqçi: Füzuli Məmmədov

19:30. "Neftçi" – "Şamaxı" 3:0

Qollar: Emin Mahmudov, 1, İmad Faraj, 47, Breno Almeyda, 83

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov

VAR: Rəşad Əhmədov

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Asim Xudiyev

"Palms Sports Arena"

"Neftçi": 1. Emil Balayev 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 6. Sessi Dalmeyda 5. İqor Ribeyro 33. Breno Almeyda 11. İmad Faraj 10. Freddi Varqas 22. Luis Ortis

Ehtiyat oyunçular: 13. Kenan Piriç 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 14. Edvin Kuç 24. Mustafa Sek 18. İfeanyi Metyu 70. Andrey Ştoqrin 23. Cordan Rezabala 28. Alessio Kurçi

Baş məşqçi: Yuri Vernidub

"Şamaxı": 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 8. Alfons Msanqa

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 7. Edqar Adilxanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 10. Andrey Tirkoveanu 88. Rodriqo Fernandeş 19. Abdullahi Şuaybu

Baş məşqçi: Ayxan Abbasov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti