ŞÜBHƏLİ MƏQAM - Premyer Liqada son 2 turun oyunları...

21:20 Premyerliqa 269
ŞÜBHƏLİ MƏQAM - Premyer Liqada son 2 turun oyunları...

Premyer Liqanın son 2 turunun oyunlarının keçirilmə vaxtı ilə bağlı müəmma var.

Bununla bağlı sosial şəbəkələrdə azarkeşlərin narahatlığını görmək hər nə qədər mümkün olsa da, bir o qədər anlaşılandır.

Çempionatın təşkilinə və keçirilməsinə cavabdehlik daşıyan Peşəkar Futbol Liqası 32 və 33-cü turların matçlarının hansı tarixlərdə keçiriləcəyini və hansı saatlarda başlayacağını elan etməyib.

Bunun səbəbi Premyer Liqada bəzi suallara aydınlıq gəlməməsidir. Başqa cür desək, bir neçə komandanın eyni hədəf uğrunda mübarizə aparmasıdır.

Finişə 3 tur qalmış yalnız çempionun adı məlumdur. İndidən sonra nəticələrdən asılı olmayaraq “Sabah” məlum sevinci yaşayacaq.

Mayın 13-də Azərbaycan kubokunun sahibinin adına aydınlıq gələcək.

“Zirə” qəniməti qazansa, avrokubok iştirakçılarının siyahısı məlum olacaq ki, iddialıların oyunlarının eyni gündə və eyni saatda başlaması əhəmiyyətini itirəcək.

Yox, kubok “Sabah”ın olsa, o zaman 4-cü yer uğrunda mübarizə davam edəcək. Belədə “Neftçi”çiylə “Zirə”nin son 2 turdakı matçları eyni gündə və saatda start götürəcək.

Elitada qalmaq uğrunda yarışan “Karvan-Yevlax”, “Qəbələ” və “Kəpəz”in arasında ən az şansı olan Yevlax təmsilçisidir. Hətta 31-ci turdakı nəticələrə əsasən aran komandasının elita ilə vidalaşacağı dəqiqələşə bilər.

Dəqiqləşsə, son 2 turda yalnız “Qəbələ” ilə “Kəpəz”in oyunları eyni vaxtda başlaya bilər. Dəqiqləşməsə, 3 komanda eyni saatda meydana çəxmaq məcburiyyətində qalacaq.

Amma bir məsələ var. Ola bilər ki, sona 1, ya da 2 tur qalmış “Karvan-Yevlax”ın gedişi dəqiqləşsin. “Kəpəz” də xal sayını artırıb “Qəbələ”dən uzaqlaşsın, yəni 10-cu yeri təmin etsin.

Belə olacağı halda matçların eyni saatda başlamasına gərək qalmayacaq. “Karvan” elita ilə vidalaşacaq, “Kəpəz” yerini qoruyacaq, “Qəbələ” İ Liqanın 2-cisi ilə pley-off qarşılaşmasına hazırlaşacaq.

Kubokun final qarşılaşmasının və son 3 yerin sahiblərinin 31-ci turda əldə edəcəyi nəticələri ya oyunların eyni saatda başlamasına səbəb ola bilər, ya da əksinə, ənənəvi sistemdə - fərqli günlərdə və fərqli saatlarda keçirilə bilər.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti