Bu gün Misli Premyer Liqasında 30-cu tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son oyun günündə bir matç keçirilib.
Avrokuboklar uğrunda mübarizə aparan “Neftçi” səfərdə “Karvan-Yevlax”ın qonağı olub. Matç "ağ-qaralar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandalar arasında ilk dövrədə baş tutan oyunda hesab açılmayıb. İkinci görüşdə isə “Neftçi” qələbə qazanıb - 2:1.
Daha əvvəl "Kəpəz" "Sumqayıt"ı (2:1), "İmişli" "Araz-Naxçıvan"ı (1:0) "Sabah" "Şamaxı"nı (3:0), "Zirə" "Qəbələ"ni (1:0), "Qarabağ" isə "Turan Tovuz"u (2:1) məğlub edib.
"Karvan-Yevlax" – "Neftçi" 0:3
Qollar: İmad Faraj 31, Emin Mahmudov 49-pen; Fredi Varqas 57
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Yevlax şəhər stadionu, 16:00
"Karvan-Yevlax": 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 13. Vüsal Məsimov 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 8. Peter Kings 21. İmani Barker
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 42. İbrahim Qədirzadə 18. Süleyman Əhmədov 14. Uğur Cahangirov 17. Samir Abdullayev 77. Əli Abdullayev 37. Mois Nqvisani 10. Samuel Durrant 4. Olavale Doyeni
Baş məşqçi: Füzuli Məmmədov
"Neftçi": 1. Emil Balayev 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda 11. İmad Faraj 10. Freddi Varqas 22. Luis Ortis
Ehtiyat oyunçular: 13. Kenan Piriç 91. Nurəziz Əzizov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 14. Edvin Kuç 24. Mustafa Sek 9. Bassala Sambu 70. Andrey Ştoqrin 23. Cordan Rezabala 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 19 qol
Bassalu Sambu ("Neftçi") - 11 qol
Velko Şimiç (“Sabah”) - 11 qol
Joarlem Santos ("Turan Tovuz") - 10 qol
Emin Mahmudov ("Neftçi") - 9 qol
Karim Rossi ("Şamaxı") - 9 qol

