Misli Premyer Liqasında 30-cu tur davam edir.
Sportinfo.az xəbər verir ki, 3-cü oyun gününə nəzərdə tutulan 1 matç artıq başa çatıb.
"Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Turan Tovuz"u qəbul edib. Matç Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda turnir cədvəlində Ağdam təmsilçisi 62 xalla 2-ci, Tovuz klubu isə 56 xalla 3-cüdür. Sözügedən komandaların 1-ci və 2-ci dövrələrdəki oyunlarında "Qarabağ" qalib gəlib.
Tura mayın 5-də "Karvan-Yevlax" - "Neftçi" matçı ilə yekun vurulacaq.
Daha əvvəl "Kəpəz" "Sumqayıt"ı (2:1), "İmişli" "Araz-Naxçıvan"ı (1:0), "Sabah" "Şamaxı"nı (3:0), "Zirə" "Qəbələ"ni (1:0) məğlub edib.

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 19 qol
Bassalu Sambu ("Neftçi") - 11 qol
Velko Şimiç (“Sabah”) - 11 qol
Joarlem Santos ("Turan Tovuz") - 10 qol
Emin Mahmudov ("Neftçi") - 9 qol
Karim Rossi ("Şamaxı") - 9 qol
"Qarabağ" – "Turan Tovuz" 2:1
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
T.Bəhramov adına Respublika stadionu, 19:30
"Qarabağ": 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 77. Ramil Şeydayev, 32. Hikmət Cəbrayılzadə, 10. Abdullah Zubir, 18. Dani Bolt, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.
"Turan Tovuz": 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 5. Roderik Miller, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.

