“Kəpəz” Yevlaxda, “İmişli” Sumqayıtda 3 xalı “cibinə qoydu”

2 May 20:26 Premyerliqa 804
“Kəpəz” Yevlaxda, “İmişli” Sumqayıtda 3 xalı “cibinə qoydu”

Bu gün Misli Premyer Liqasında 30-cu tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb.

Əvvəlcə “Kəpəz” Yevlaxda “Sumqayıt”ı qəbul edib. Qarşılaşma "Kəpəz"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda Gəncə klubu 24 xalla turnir cədvəlində 10-cu, “gənclik şəhəri”nin təmsilçisi isə 38 xalla 7-ci pillədə qərarlaşıb.

Cari mövsüm bu komandaların hər iki oyunu 3:0 hesabı ilə yekunlaşıb. İlk dövrədə “Sumqayıt”, ikinci dövrədə isə "Kəpəz" qələbə qazanıb.

Günün digər qarşılaşmasında isə Sumqayıtda “Araz-Naxçıvan” “İmişli”ni sınağa çəkib. Matç İmişli təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu komandaların ilk dövrədəki oyununda Naxçıvan klubu 2:0 hesablı qələbə qazanıb. İkinci dövrədə isə tərəflər meydandan 1 xalla ayrılıblar - 2:2.

"Kəpəz" – "Sumqayıt" 2:1

Qollar: Rauf Hüseynli 86-pen, 89-pen // Yusif İmanov 64 (avtoqol)
Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov
VAR: Elvin Bayramov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
Yevlax şəhər stadionu, 16:00

"Kəpəz": 33. Yusif İmanov, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov
Baş məşqçi: Azər Bağırov

"Sumqayıt": 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 33. Danilo Beskorovaynıy, 80. Keffel Resende, 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 23. Ronaldo Vaskez, 95. Nsana Simon
Baş məşqçi: Saşa İliç

"Araz-Naxçıvan" – "İmişli" 0:1

Qol: Dioqo Kardozu, 18
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“SOCAR Polymer Arena”, 18:30

"Araz-Naxçıvan": 94. Tərlan Əhmədli, 34. Ürfan Abbasov (k), 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 6. Patrik Andrade, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 10. Felipe Santos, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 14. Ülvi İsgəndərov, 24. Mustafa Əhmədzadə, 7. Hamidu Keyta, 77. Bruno Franko, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.

"İmişli": 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 11. Vüsal Qənbərov, 94. Rafael Vyeqas, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 23. Dioqo Rollo, 79. Dioqo Kardozo, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç, 17. Ezekiel Morqan.
Baş məşqçi: Jorj Kaskilya.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti