"İmişli" kapitanını itirə bilər.
Azər Salahlının xidmətində Premyer Liqanın 3 klubu maraqlıdır.
Daha öncə "Şəfa"nın onu heyətinə qatmaq istədiyini bildirmişdik.
Müdafiəçi üçün bakılılarla mübarizəyə daha iki Premyer Liqa klubu da qoşulub.
Bunlar "Kəpəz" və "Sumqayıt"dı.
Millimizin sabiq üzvü isə qərar verməyə tələsmir.
O, mövsümün sonunu gözləyir və ilk olaraq hazırkı klubu ilə masaya oturacaq.
32 yaşlı oyunçu bu sezon bölgə klubunda keçirdiyi 32 matçda 2 qolla yadda qalıb.
"Keşlə"nin yetirməsi (indiki "Şamaxı") daha əvvəl "Qarabağ", "Sumqayıt" və "Neftçi"nin də formasını geyinib.
Azərbaycan millisində keçirdiyi 24 görüşdə 1 qol vurub.
XANOĞLAN / SPORTİNFO.AZ

