AFFA Premyer Liqanın iki klubuna yeni himayədar axtarışına çıxdı - SON DƏQİQƏ

13:00 Premyerliqa 303
AFFA Premyer Liqanın iki klubuna yeni himayədar axtarışına çıxdı - SON DƏQİQƏ

Premyer Liqada mübarizə aparan iki klubun himayədarı bu yay dəyişə bilər.

Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.

Federasiyadan redaksiyamıza daxil olan informasiyada ad çəkilməsə də, qeyd edilib ki, hazırda elita təmsilçilərinə yeni sponsorların tapılması istiqamətində iş aparılır.

Son günlərdə iki-üç belə görüş keçirilib. Müxtəlif iş adamları, şirkət rəhbərləri ilə müzakirələr aparılıb.

Məsələ birbaşa Rövşən Nəcəfin nəzarətindədir. Həm SOCAR, həm də AFFA-nın prezidenti olan R.Nəcəf Premyer Liqa mənsublarının maliyyə çətinliyinin həlli yönündə atılan bütün addımları diqqət mərkəzində saxlayır.

Federasiya ümid edir ki, uzaqbaşı, iyun ayında problem tamamilə aradan qalxacaq. Hər halda danışıqlar masası arxasına əyləşən qarşı tərəfin nümayəndələri müsbət siqnallar alınıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti