Bu gün Misli Premyer Liqasında 29-cu tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, sonuncu oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb.
Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Zirə”ni qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu komandaların 1-ci dövrədəki görüşündə heç-heçə qeydə alınıb, 2-ci dövrədə Tovuz təmsilçisi qələbə qazanıb.
Digər oyunda isə “Sabah” “Karvan-Yevlax”la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Sözügedən komandaların 1-ci və 2-ci dövrələrdəki duellərindən “Sabah” qalib ayrılıb.
Turun əvvəlki oyunlarında "Qarabağ" "Neftçi"ni (5:1), "Sumqayıt" "İmişli"ni (2:0), "Şamaxı" "Kəpəz"i (2:0) üstələyib, "Qəbələ" - "Araz-Naxçıvan" qarşılaşmasında, isə qalib müəyyənləşməib (1:1).
"Turan Tovuz" – "Zirə" 1:1
Qollar: Rəhim Sadıxov 22 // David Volkov 63
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev, Teymur Teymurov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz. Şəhər stadionu.
"Turan Tovuz": 1. Oleq Baklov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 3. Enrike Silva 23. Alexandro Serrano 99. Vadji İbrahima 32. Hayderson Hurtado 19. Roberto Olabe 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 6. Fərid Yusifli 73. Ülvi Mədətov 60. Vüqar Bağırov 7. Xorxe Silva 8. David Tavareş
Baş məşqçi: Kurban Berdıyev
"Zirə": 97. Tiaqo Silva, 73. Anatoli Nuriyev 32. Qismət Alıyev (k) 26. Stefan Aka 4. Ruan Renato 9. Davit Volkov 30. Rikardo Martins 20. İssa Cibrila 93. Brahim Konate 5. Ange Mutsinzi 22. Eren Aydın
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 11. Junior Martins 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
20:00. "Sabah" – "Karvan-Yevlax" 2:0
Qollar: Patrik Mbina, 49, Aron Maluda, 55
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Əli Əliyev, Zöhrab Abbasov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Masazır. "Bank Respublika Arena".
"Sabah": 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 5. Rəhman Daşdəmirov, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 99. Patrik Mbina, 7. Umarali Rahmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 9. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 70. Jesse Sekidika, 11. Kahim Parris, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.
"Karvan-Yevlax": 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 13. Vüsal Məsimov, 17. Samir Abdullayev, 5. Emin Rüstəmov, 2. Şakil Sno, 11. Kayl Spens, 19. Tompson Qavi, 8. Peter Kinqs, 21. İmani Barker, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 16. Rauf Rüstəmli, 20. Coy Sleyd Mikels, 37. Mois Nqvisani, 10. Samuel Durrant.
Baş məşqçi: Füzuli Məmmədov.

