"Şəfa" klubunun hədəfində olan daha bir futbolçunun kimliyi bizə məlum olub.
Həmin oyunçu "İmişli"nin kapitanı Azər Salahlıdır.
Premyer Liqaya yüksələcəyi böyük ölçüdə dəqiqələşən Bakı klubu millimizin sabiq üzvünün xidmətində maraqlıdır.
32 yaşlı arxa xətt oyunçusu ötən yaydan "İmişli"də çıxış edir.
Təcrübəli oyunçu daha əvvəl isə "Keşlə" (indiki "Şamaxı"), "Sumqayıt", "Qarabağ" və "Neftçi"nin formasını geyinib.
O, 24 oyunda şərəfini qoruduğu Azərbaycan yığmasında 1 qolla yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

