Misli Premyer Liqasının 22-ci turunun mərkəzi oyununda “Qarabağ” turnir cədvəlinin lideri “Sabah”ı qəbul edib.
Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən bu gərgin mübarizədə Ağdam təmsilçisi 1-ci pillədə qərarlaşan rəqibini məğlub edərək xal fərqini minimuma endirməyi hədəfləsə də, dramatik keçən matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
Peşəkar Futbol Liqası sözügedən matçdan marqlı kadrların yer aldığı videoçarx hazırlayıb.

