"Qarabağ" üçün davam, yoxsa tamam matçı - Bizi nələr gözləyir?

17:45 Premyerliqa 106
"Qarabağ" üçün davam, yoxsa tamam matçı - Bizi nələr gözləyir?

"Qarabağ"ın Çempionlar Liqası nağılı başa çatdı.

Son çempion bütün fikirlərini daxili yarışlara yönəldə bilər.

Burada isə əsas rəqib "Sabah"dı.

Avropada adından söz etdirən "Qarabağ"ın çempionatda işləri yolunda getmir.

Titul əldən çıxa bilər.

Son 12 mövsümdə 11 çempionluq qazanan Ağdam klubu yalnız bir dəfə yarışı "Neftçi"yə uduzub.

Bu dəfə Masazır klubu "ağ qaralar"ın yolunu getməkdə qərarlıdır.

Ötən ilin son görüşündə məhz "Qarabağ"dan liderliyi alan "tələbələr" postu asanlıqla verənə oxşamır.

Ehtiyatda bir oyunu qalan "köhlən atlar"la arada 7 xallıq fərq var.

Valdas Dambrauskasın yetirmələri yarım ildən çoxdur məğlubiyyət tanımır.

Son 9 görüşdə qələbə qazanıb.

Simiç, Puxaç və Maludanın gəlişi ilə "Sabah"ın gücü birə beş artıb.

Bugünkü matç çempionluğun taleyinə birbaşa təsir edəcək.

Xüsusilə Ağdam klubu üçün davam, yoxsa tamam görüşü sayıla bilər.

Qurban Qurbanovun komandası məğlub olsa, aradakı fərqi sonrakı turlar qapamaq mümkünsüzə çevriləcək.

Qələbə təqdirində liqada yeni səhifə açılacaq.

Bundan sonra "köhlən atlar"ın qarşısında duruş gətirmək çətinləşəcək.

Hətta zəngin təcrübə, klası yüksək heyət birnəfəsə növbəti çempionluğa da gedə bilər.

Bir sözlə, axşamkı görüşün final fitindən sonra bir çox suallara aydınlıq gələcək.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti