Bu gün Misli Premyer Liqasında 22-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son oyun gününə 2 matç nəzərdə tutulub.
Əvvəlcə "Turan Tovuz" "İmişli"ni qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb. Bu komandaların ilk dövrədəki oyununda "Turan Tovuz" qalib gəlib - 1:0.
Günün son oyunu isə turun mərkəzi qarşılaşması hesab olunur. Böyük maraqla gözlənilən matçda "Qarabağ" "Sabah"ı qəbul edib.
Matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Ardıcıl 10 oyundur qalib gələn "Sabah" hazırda 53 xalla liderdir.
"Qarabağ" isə 46 xalla 2-cidir. Hazırda komandalar arasında 7 xal fərq mövcuddur. Eyni zamanda "Qarabağ"ın ehtiyatda "Neftçi" ilə bir oyunu var.
Bu komandaların mövsümün ilk turundakı qarşılaşması "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Turan Tovuz” – “İmişli” 0:0
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov
VAR: Əli Əliyev
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“Azersun Arena”, 16:30
“Turan Tovuz”: 41. Sergey Samok 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 99. Vadji İbrahima 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 6. Fərid Yusifli 90. Joarlem Santos 19. Roberto Olabe 9. Coş Cinnelli 8. David Tavareş 2. Mark Rene Mampassi
Baş məşqçi: Kurban Berdiyev
“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov 79. Dioqo Kardozu
Baş məşqçi: Jorj Kaşkilya
“Qarabağ” – “Sabah” 3:3
Qollar: Pedro Bikalyo 73, Kevin Medina 78, Musa Qurbanlı 84 // Xəyal Əliyev 13, Aron Maluda 54, Coy Lens Mikels 60
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Emin Cəfərov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00
“Qarabağ”: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Joni Montiel, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 15. Leandro Andrade, 6. Kris Kuaku, 11. Emmanuel Addai, 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
“Sabah”: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 9. Xəyal Əliyev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 7. Umarali Raxmonaliyev, 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 20. Coy Lens Mikels, 70. Cesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos, 83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas

