Şamaxıda və Qəbələdə heç-heçə

28 Fevral 19:05 Premyerliqa 1 074
Şamaxıda və Qəbələdə heç-heçə

Misli Premyer Liqasında 22-ci tur davam edir.

Sportinfo.az xəbər verir ki, ikinci oyun gününə 2 matç nəzərdə tutulub.

Əvvəlcə “Şamaxı” öz meydanında “Neftçi”ni qəbul edib. Görrüş kifayət qədər dramatik alınıb. Matçda "Neftçi"nin ulduzu Vensan Abubakar dubl edib.

Lakin "Şamaxı" son dəqiqələrdə penaltini dəqiq yerinə yetirərək məğlubiyyətdən qurtulub - 2:2. Sözügedən komandalar arasında ilk dövrədə baş tutan qarşılaşmada qalib aşkarlanmayıb - 1:1.

Bugünkü heç-heçə sayəsində “Neftçi” xallarının sayını 31-ə, "Şamaxı" isə 26-ya çatdırıb.

Günün ikinci matçında “Qəbələ” öz meydanında “Karvan-Yevlax”ı sınağa çəkib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu komandalar hazırda turnir cədvəlinin son iki pilləsində yer alıblar. “Qəbələ” 16 xalla 11-ci, Yevlax klubu isə 7 xalla 12-cidir. Bu komandaların ilk dövrədəki matçında bərabərlik qeydə alınıb - 1:1.

Tura martın 1-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib.

"Şamaxı" – "Neftçi" 2:2

Qollar: Sezar Enrike 74, Kərim Rossi 90+8-pen // Vensan Abubakar 60, 90+1
"Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu, 14:30

"Şamaxı": 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 48. Ramiz Muradov 77. Nihat Mehralıyev 90. Davud Mənsumov 10. Andrey Tirkoveanu 3. Vladislav Veremeyev 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov

"Neftçi": 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 33. Breno Almeyda 11. İmad Faraj
Ehtiyat oyunçular: 1. Emil Balayev 91. Nurəziz Əzizov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 70. Andrey Ştoqrin 10. Freddi Varqas 22. Luis Ortis 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub

"Qəbələ" – "Karvan-Yevlax" 1:1

Qollar: Seydina Keyta, 36 (p) - İmani Barker, 26

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov
VAR: Vüqar Həsənli
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu, 17:00

“Qəbələ”: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 7. Turan Manafov 27. Eşqin Əhmədov 33. Seydina Keyta 50. Adriel Ba Loua 6. Xayme Syerra 8. Sambu Sissoko 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu

Ehtiyat oyunçular: 93. Rza Cəfərov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 21. Ziya Şəkərxanov 24. İsmael Akinade 12. İbrahim Sanqare 3. Eduardo Kunde 70. Paulo Quimbila

Baş məşqçi: Kaxaber Tsxadadze

“Karvan-Yevlax”: 99. Pedro Mateuş 32. Elvin Yunuszadə (k) 6. Vadim Abdullayev 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 21. İmani Barker

Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 17. Samir Abdullayev 8. Peter Kings 4. Olavale Doyeni

Baş məşqçi: Füzuli Məmmədov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 18:10 Çək və bizə göndər!