“Zirə” və "Kəpəz" qalib gəldi

27 Fevral 19:57 Premyerliqa 1 252
“Zirə” və "Kəpəz" qalib gəldi

Bu gün Misli Premyer Liqasında 22-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

Əvvəlcə "Kəpəz" "Sumqayıt"ı qəbul edib və 3:0 hesabı ilə qalib gəlib. Bu komandaların ilk dövrədəki oyunu "Sumqayıt"ın 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Günün ikinci oyununda isə "Zirə" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib. Sözügedən görüş mərkəzi qarşılaşmalardan hesab olunurdu.

Çünki bu oyunadək "Zirə" 35 xalla 4-cü, "Araz-Naxçıvan" isə 33 xalla 5-ci idi. Lakin "Zirə" qələbə sayəsində xallarının sayını 38-ə yüksəldib və mövqeyini möhkəmləndirib. Komandaların ilk dövrədəki matçı 1:1 hesabı ilə başa çatmışdı.

"Kəpəz" – "Sumqayıt" 3:0
Qollar: Ohori, 2. Paçu, 19., 40-pen.
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, G, ülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Yevlax şəhər stadionu, 14:30

"Kəpəz": 33. Yusif İmanov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov
Baş məşqçi: Azər Bağırov

"Sumqayıt": 1. Mehdi Cənnətov 7. Rüstəm Əhmədzadə 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə (k) 75. Nadir Orucov 10. Nikola Ninkoviç 72. Rayan Senhadji 6. Sedrik Badolo 33. Danilo Beskorovaynıy 71. Masaki Murata 80. Keffel Resende
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 3. Höccət Haqverdi 24. Sənan Muradlı 21. Nihad Əhmədzadə 37. Nihad Orucəli 97. Vüsal Paşayev 95. Nsana Simon 11. Aleksa Yankoviç 25. Abdul Raşid Mumini
Baş məşqçi: Saşa İliç

"Araz-Naxçıvan" – "Zirə" 0:1

Qollar: Qomis, 68
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Namiq Əliyev
“Liv Bona Dea Arena”, 18:00

"Araz-Naxçıvan": 12. Kristian Avram 3. Bəxtiyar Həsənalızadə (k) 5. Slavik Alxasov 8. Coşqun Diniyev 4. Rahil Məmmədov 26. Ömər Buludov 16. Ramon Maçado 6. Patrik Andrade 7. Hamidu Keyta 10. Felipe Santos 19. Bar Kohen
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 14. Ülvi İsgəndərov 17. İssuf Paro 23. Nuno Rodriqes 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli
Baş məşqçi: Andrey Demçenko

"Zirə": 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 19. Rüfət Abdullazadə 26. Stefan Aka 25. Enrike Kustodio 9. Davit Volkov 10. Giorgi Papunaşvili 30. Rikardo Martins 5. Ange Mutsinzi 17. Ayron Qomis 22. Eren Aydın
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 73. Anatoli Nuriyev 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 28. Leroy Mikels 20. İssa Cibrila 11. Junior Martins 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!