Premyer Liqanın 12 klubunun rəhbər şəxsi bir araya gələcək - Bu məsələlərə görə

14:40 Premyerliqa 142
Premyer Liqanın 12 klubunun rəhbər şəxsi bir araya gələcək - Bu məsələlərə görə

Klublar Komitəsi (KK) uzun fasilədən sonra bir araya gələcək.

Зremyer Liqanın 12 iştirakçısının rəhbər şəxsləri martın 11-də yığışacaq.

Toplantıda bir sıra məsələlər müzakirəyə çıxarılacaq. Burada AFFA-ya təqdim olunmaq üçün təkliflər paketinin hazırlanmasından danışılacaq.

Elita təmsilçiləri növbəti mövsümdən etiblrən ləğvi gözlənilən Əvəzedicilər Liqasıyla bağlı öz təkliflərini səsləndirəcək.

Həmçinin stadion problemi masaya yatırılacaq.

O cümlədən, dövlət tərəfindən ayrılan maliyyə yardımının istiqamətləri üzrə gözlənilən dəyişiklərə münasibət bildiriləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti