Təhlükə qapısında olan bölgə klubundan SÜRPRİZ QƏRAR!

17:00 Premyerliqa 244
Təhlükə qapısında olan bölgə klubundan SÜRPRİZ QƏRAR!

"Karvan-Yevlax" mövsümə Azər Həşimovla başladı.

Nəticələr rəhbərliyi qane etmədiyi üçün 12-ci turda Həşimov Füzuli Məmmədovla əvəzləndi.

"Neftçi"nin sabiq baş məşqçisinin rəhbərliyi altında yevlaxlılar heç də ağ günə çıxa bilmədi.

Məmmədovun baş məşqçi təyinatından sonra "Karvan-Yevlax" meydana çıxdığı 9 görüşdə yalnız bir bərabərlik əldə edib, digər 8 matçda məğlub olub.

Sonuncu pillədə yer alan bölgə klubunun nəticələri Həşimovun dövründən də pisdir.

Gözləmək olardı ki, bu gedişlə ya baş məşqçi özü gedəcək, ya da istefaya göndəriləcək.

Amma klub başbilənləri baş məşqçi postuda dəyişiklik etmək barədə düşünmür.

Əldə etdiyimiz məlumata görə, sonrakı gedişatdan asılı olmayaraq Füzuli Məmmədovla yollar davam etdiriləcək.

O, mövsümün sonuna qədər tutduğu postda qalacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti