"Turan" 3 xalı Qəbələdən “hədiyyə” apardı - - CANLI YAYIM

24 Fevral 16:54 Premyerliqa 750
"Turan" 3 xalı Qəbələdən “hədiyyə” apardı - - CANLI YAYIM

Bu gün Misli Premyer Liqasında bir oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, 14-cü turundan təxirə salınmış matçda “Qəbələ” öz meydanında “Turan Tovuz”u qəbul edib.

Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ötən il dekabrın 25-də oynanılan "Qəbələ" - "Turan Tovuz" matçı qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmışdı. PFL-in qərarına əsasən, görüş yeni oyun kimi keçirilib.

Bu nəticədən sonra Tovuz klubu 40 xalla üçüncü, Qəbələ təmsilçisi isə 15 xalla onuncu pillədə qərarlaşıb.

Bu komandaların ilk dövrədəki oyununda “Turan Tovuz” 1:0 hesablı qələbə qazanıb.

"Qəbələ" – "Turan Tovuz" 0:3
Qollar: Alexamdro Serrano, 9. Filip Ozobiç, 18. Seydina Keyta, 47-avtoqol.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu, 15:00

"Qəbələ": 93. Rza Cəfərov 28. Murad Musayev (k) 7. Turan Manafov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 8. Sambu Sissoko 14. Domi Massumo
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev. 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 16. İsaak Amoah 70. Paulo Quimbila 30. Prins Ovusu
Baş məşqçi: Kaxaber Tsxadadze

"Turan Tovuz": 41. Sergey Samok 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 99. Vadji İbrahima 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 6. Fərid Yusifli 90. Joarlem Santos 19. Roberto Olabe 9. Coş Cinnelli 8. David Tavareş 2. Mark Rene Mampassi
Baş məşqçi: Kurban Berdıyev

Bombardirlər:

Bassalu Sambu ("Neftçi") - 9 qol

Coy-Lens Mikels (“Sabah”) - 9 qol

Velko Şimiç (“Sabah”) - 9 qol

Emin Mahmudov (“Neftçi”) - 7 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol

Toral Bayramov (“Qarabağ”) - 7 qol

Karim Rossi ("Şamaxı") - 7 qol

Dioqo Almeyda ("İmişli") - 7 qol

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti