Bu gün Misli Premyer Liqasında 21-ci tur start götürüb.
Sportinfo.az xəbər verir ki, ilk gündə iki görüş keçirilib.
Əvvəlcə "Turan Tovuz" "Zirə"ni qəbul edib. Bu komandaların 1-ci dövrədəki qarşılaşması 0:0 hesabı ilə yekunlaşıb.
Bugünkü oyunda isə Tovuz təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
Bununla da, Kurban Berdıyevin komandası xallarını 37-ə çatdırıb (20 oyuna) və "Zirə"ni qabaqlayaraq 3-cü pilləyə yüksəlib. "Zirə" 21 oyunda 35 xalla 4-cüdür.
Digər oyunda isə "Sumqayıt" evdə "Qəbələ" ilə üz-üzə gəlib. Matçda qapılara qol vurulmayıb - 0:0.
Sözügedən komandaların 1-ci dövrədəki oyununda "Sumqayıt" 2:0 hesablı qələbə qazanmışdı.
17:00. "Turan Tovuz" – "Zirə" 2:0
Qollar: Filip Ozobiç 11, Jorje Silva 19
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər Əhmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
"Azərsun Arena"
"Turan Tovuz": 41. Sergey Samok, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 19. Roberto Olabe, 9. Coş Cinnelli, 8. David Tavareş, 2. Mar Rene Mampassi
Baş məşqçi: Kurban Berdiyev
"Zirə": 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 4. Ruan Renato, 25. Enrike Kustodio,9. Davit Volkov, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 5. Ange Mutsinzi,17. Ayron Qomis,22. Eren Aydın
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 73. Anatoli Nuriyev, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov,19. Rüfət Abdullazadə, 29. Ceyhun Nuriyev, 26. Stefan Aka, 28. Leroy Mikels, 11. Junior Martins, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
19:30. "Sumqayıt" – "Qəbələ" 0:0
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
"Sumqayıt": 1. Mehdi Cənnətov (k), 7. Rüstəm Əhmədzadə, 19. Roi Kehat, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 33. Danilo Beskorovaynı, 23. Ronaldo Vaskes, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 3. Höccət Haqverdi, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 95. Nsana Simon.
Baş məşqçi: Saşa İliç.
"Qəbələ": 93. Rza Cəfərov, 7. Turan Manafov, 13. Nicat Əliyev (k), 24. İsmael Akinade, 33. Seydina Keyta, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 8. Sambu Sissoko, 16. İsaak Amoa, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov, 28. Murad Musayev, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 14. Domi Massumo, 70. Paulo Kimbila
Baş məşqçi: Kaxaber Sxadadze.

