Yalnız və yalnız “Neftçi”...

02:40 Premyerliqa 110
Yalnız və yalnız “Neftçi”...

Misli Premyer Liqasının 20-ci turunda cəmi 8 qol vurulub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir k, baş tutan 6 oyunda orta məhsuldarlıq 1,33-ə bərabər olub.

Vurulan topların yarısı “Kəpəz” – “Neftçi” görüşündə (1:3) qeydə alınıb.

“İmişli” – “Qarabağ” və “Qəbələ” – “Sabah” matçlarında qonaqlar, “Zirə” – “Karvan-Yevlax” və “Araz-Naxçıvan” – “Sumqayıt” qarşılaşmalarında meydan sahibləri bir qolla qələbə qazanıb. “Şamaxı” – “Turan Tovuz” oyunu isə 0:0 hesabı ilə başa çatıb.

Bu, mövsümün antirekordudur. Əvvəlki 19 turda ən az qol 4-cü turda vurulub – 9 top (orta məhsuldarlıq 1,50).

Daha aşağı məhsuldarlığa sonuncu dəfə ötən mövsümün 29-cu turunda təsadüf olunub. Həmin vaxt 5 görüşdə 6 top vurulub və orta göstərici 1,20 olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı