"Neftçi" - "Qarabağ" oyunu ilə bağlı düzgün qərar verildi"

21:20 Premyerliqa 123
"Neftçi" - "Qarabağ" oyunu ilə bağlı düzgün qərar verildi"

Uzun çək-çevirdən sonra Premyer Liqanın 21-ci turunda keçirilməli olan "Neftçi" - "Qarabağ" görüşü təxirə salındı.

Matç əvvəldən nəzərdə tutulduğu kimi, 21 fevral tarixində baş tutmayacaq.

Buna görə "Qarabağ"ı qınayanlar da oldu, anlayışı göstərənlər də.

Bəs ən doğrusu necə olmalı idi?

Sportinfo.az-a açıqlama verən "Sumqayıt"ın sabiq baş məşqçisi, "Qarabağ"ın veteran yarımmüdafiəçisi Vaqif Cavadov bunları dedi:

"Məncə, düzgün qərardır. Iiqa mərhələsi yox, pley-off mərhələsidir.

"Qarabağ"a belə məqamda çox yük düşür. "Neftçi" ilə görüşün təxirə salınması çox vacib idi.

Bu addıma görə "Neftçi" rəhbərliyinə təşəkkür düşür.

"Neftçi" öz formasını bərpa edib, oyun ritmini tutub. Belə anda ölkə futbolunun nüfuzuna naminə düzgün qərar verildi.

Bəzilərinin istəyib-istəməməsindən asılı olmayaraq düzgün qərardır.

Hamımız "Qarabağ"a inanırıq. Göstərdiyi nəticələrə görə komandaya təşəkkür edirəm və uğurlar arzulayıram".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti