Serbiya millisinin müdafiəçisi Premyer Liqamızdan təklif aldı

13 Fevral 11:00 Premyerliqa 2 379
Serbiya millisinin müdafiəçisi Premyer Liqamızdan təklif aldı

Serbiyanın U-18 millisinin sabiq futbolçusu Filip Yoviç karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az Serbiya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı sol cinah müdafiəçisi Misli Premyer Liqasından təklif alıb.

Lakin onunla maraqlanan başqa klub da var. Belə ki, Qazaxıstandan “Jetısu” Yoviçi heyətinə qatmaq niyyətindədir.

Müdafiəçinin hətta “Jetısu”ya keçmək ehtimalı daha yüksək qiymətləndirilir. Hazırda azad agent statusu daşıyan Yoviç daha sərfəli təklif aldığı Qazaxıstan təmsilçisinə keçməyə müsbət yanaşır.

Son klubu “Sarayevo” olan Filip Yoviç ötən ay Bosniya və Herseqovina təmsilçisindən ayrılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq