Premyer Liqada 26 nəfərlik YENİ TRANSFER SİYAHISI

16:40 Premyerliqa 337
Premyer Liqada 26 nəfərlik YENİ TRANSFER SİYAHISI

Fevralın 10-da qış fasiləsi üçün nəzərdə tutulan “transfer pəncərəsi” bağlandı.

Bu müddətdə Premyer Liqa klublarını tərk edənlər də oldu, yeni qoşulanlar da.

Elitanın 10 təmsilçisinin hər biri transfer çalışmalarında fəallıqla diqqət çəkdi.

Klublar ümumilikdə 23 futbolçu və 3 məşqçinin transfer anonsunu verdi.

"Qarabağ"

Gedən: Nəriman Axundzadə (“Kolombus Kryu”, ABŞ).

Gələn: Jeremi Qnali (“AEK Larnaka”, Kipr).

"Sabah"

Gedənlər: Boyan Letiç, Neqoş Kupusoviç

Gələn: Patrik Orfe Mbina (“Maribor”, Sloveniya, (icarə).

"Turan Tovuz"

Gedənlər: Aleks Souza (“Kyoto”, Yaponiya), Veysəl Rzayev (Kəpəz), Abdulla Rzayev (Şamaxı).

Gələn: Mark Rene Mampassi (“Lokomotiv” (Moskva, Rusiya), icarə).

"Zirə"

Gedən: Fuad Bayramov (“Mingəçevir”, icarə).

Gələnlər: Rüfət Abdullazadə (“Varajdin”, Xorvatiya, icarə), Eren Aydın (“Veres”, Ukrayna).

"Sumqayıt"

Gedənlər: Rauf Rüstəmli (Karvan-Yevlax), Pedro Pinto (“Petroleos de Luanda”, Anqola).

Gələn: Emil Mustafayev, Danilo Beskorovaynıy (hər ikisi “Polissya”, Ukrayna, icarə).

"Araz-Naxçıvan"

Gedənlər: Qara Qarayev (karyerasını başa vurub), Elçin Mustafayev (Mingəçevir).

Gələn: Andrey Demçenko (baş məşqçi), Yevgeni Pisotski (məşqçi), Rikardo De Vivo (məşqçi).

"Neftçi"

Gedən: Rza Cəfərov (“Qəbələ”, icarə).

Gələn: Breno Almeyda (“Etnikos”, Kipr).

"Şamaxı"

Gedənlər: Sənan Muradlı, Antonio Lara.

Gələnlər: Ramiz Muradov (“Zirə”, icarə). Abdulla Rzayev (Turan Tovuz).

"İmişli"

Gedən: İbrahim Əliyev (Şəfa).

Gələnlər: Dioqo Kardozo (“1 Dezembro”, Portuqaliya), Nazim Hüseynov, Riad Abbaszadə.

"Qəbələ"

Gedən: Elşad Tağıyev (Mingəçevir).

Gələnlər: Seydina Keyta (“Panejevis”, Litva), İsmaheel Akinade (“Andijon”, Özbəkistan), Turan Manafov (“Stellenboş”, Cənubi Afrika, icarə), Rza Cəfərov (“Neftçi”, icarə), Sambu Sisokko (“Valensyenn”, Fransa, icarə)

"Kəpəz:"

Gedənlər: Kaçper Rosa, Pedro Qomes

Gələnlər: Mate Abuladze (“Samqurali”, Gürcüstan), Veysəl Rzayev (Turan Tovuz).

"Karvan-Yevlax"

Gedənlər: Səid İranxan, Nika Çaçaşvili, Qabil Əlizadə, Vitor Huqo.

Gələnlər: Samir Abdullayev (Mingəçevir), Rauf Rüstəmli (Sumqayıt), Emin Rüstəmov (“Səbail”, icarə).

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti