Futbol meneceri Sergey Novikov yaxınlarda Sloveniya klubu “Çelye”dən ayrılan hücumçu Vitali Lisakoviçin gələcək karyerası barədə fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı forvardla maraqlanan klublar arasında Azərbaycan Premyer Liqası təmsilçiləri də var.
Novikov belaruslu futbolçunun ölkəsində “Vitebsk”ə keçməsinin daha əlverişli olacağını düşünür:
“Lisakoviçin ailəsi, uşaqları var, gələcəyini düşünməlidir. Elə addımlar atmalıdır ki, qısa müddətdə ailəsi və yaxınları heç nəyə ehtiyac duymasınlar.
Harada qazanacağı önəmli deyil - Azərbaycan klubunda da ola bilər, “Vitebsk”də də. Şərtlər eyni olarsa, “Vitebsk”ə getmək daha yaxşıdır.
Yaşayış səviyyəsi baxımından Azərbaycan onun ailəsi üçün daha rahat olar: günəş, D vitamini, dəniz, təzə meyvələr.
Uşaqlar və onun özü üçün bu, müsbət amildir. Bu gün Rusiya Premyer Liqasının böyük klubunda böyük müqavilə arzulamağı unutmaq olar.
Bunun üçün haradasa “partlamaq” lazımdır. “Vitebsk”də 25-30 qol vurmasına heç nə mane olmaz”.
Hazırda azad agent olan Vitali Lisakoviç “Çelye”nin heyətində 14 oyunda 4 məhsuldar ötürmə verib. O, əvvəllər Rusiyada “Lokomotiv”, “Rubin” və “Baltika”nın formasını geyinib.

