Bu gün Mislii Premyer Liqasında 19-cu tura yekun vurulub
Sportinfo.az xəbər verir ki, 3-cü oyun gününə 2 matç nəzərdə tutulub.
Əvvəlcə son çempion "Qarabağ" səfərdə "Şamaxı" ilə qarşılaşıb. Oyunun başlanma saatı saat 14:30-a nəzərdə tutulsa da, qar səbəbindən qarşılaşma 20 dəqiqə gec - saat 14:50-da start götürüb.
Qarşılaşma "Qarabağ"ın əzmkar qələbəsi ilə başa çatıb - 2:1. Ağdam təmsilçisi qələbə qolunu 90+4-cü dəqiqədə vurub.
Digər qarşılaşmada isə "Neftçi" "Qəbələ"ni qəbul edib. Matç "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun digər görüşlərdə "Sabah" "Araz-Naxçıvan"ı 4:1, "Zirə" "Sumqayıt"ı 3:2, "Turan Tovuz" "Karvan-Yevlax"ı 1:0 hesabı ilə məğlub edib, "İmişli" - "Kəpəz" matçında isə qalib müəyyənləşməyib (0:0).
14:30. “Şamaxı” – “Qarabağ” 1:2
Qollar: Oruc Məmmədov, 14 // Joni Montiel, 18, Kamilo Duran, 90+4
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev.
VAR: Kamranbəy Rəhimov, Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı şəhər stadionu.
“Şamaxı”: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tirkoveanu, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 4. Ravil Qafarov, 90. Davud Mənsumov, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.
“Qarabağ”: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borqes, 2. Mateus Silva, 9. Joni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.
19:00. “Neftçi” – “Qəbələ” 1:0
Qollar: Emin Mahmudov, 12
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov, Elvin Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Palms Sports Arena”.
“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 17. Murad Xaçayev 7. Emil Səfərov 47. Murad Məmmədov 77. Falaye Sako 24. Mustafa Sek 18. İfeanyi Metyu 9. Bassala Sambu 11. İmad Faraj
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 19. Ağadadaş Salyanski 45. Vensan Abubakar 14. Edvin Kuç 27. Kristian Kostin 70. Andrey Ştoqrin 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi
Baş Məşqçi: Yuri Vernidub
“Qəbələ”: 93. Rza Cəfərov 28. Murad Musayev (k) 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev 94. Həbib Hüşənov 11. Asif Məmmədov 7. Turan Manafov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 70. Paulo Quimbila
Məşqçi: George Çixradze

