Cənab, "Qarabağ" futbolumuzun ənkəsidir!

19:00 Premyerliqa 193
Cənab, "Qarabağ" futbolumuzun ənkəsidir!

"Nəyə görə daim "Qarabağ" haqda suallar verirsiz? Bu məsələyə də münasibət bildirmək istəmirəm. "Qarabağ" haqda soruşmaq istəyirsizsə, onların oyununa gedib, baş məşqçisinə sual verə bilərsiz. "Sabah"ın oyununa gəlirsiz və mənə "Qarabağ" haqda sual verirsiz. Bu, hardasa hörmətsizlikdir. Siz bizə də hörmətlə yanaşın, bu ölkədə təkcə "Qarabağ" mövcud deyil, başqa komandalar da var" bu fikirlər “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasa məxsusdur.

Litvalı mütəxəssisə ünvanlanan sual isə “Neftçi” – “Qarabağ” görüşünün təxirə salınması ehtimalı ilə bağlı olub.

İlk öncə onu deyək ki, verilən sual yerində və əla sualdı.

Ki, təxirə salınan görüşün nəticəsininin “tələbələr”ə birbaşa dəxli var. Belə də “Sabah”ın baş məşqçisinə o sualı ünvanlamayıb da kimə ünvanlasınlar?

Gələk əcnəbi çalışdırıcının cavabının digər tərəfinə.

Bəli, cənab Valdas, bu ölkədə futbol adına tək ünvan var, o da məhz “Qarabağ”dı.

Söhbət 17 ildi ölkəmizi Avropada ləyəqaətlə təmsil edən…

İki dəfə Çempionlar Liqasında çıxış edən…

Hətta dünyanın ən nüfuzlu yarışında pley-offa yüksələn…

“Liverpul”, “Çelsi”, “Atletiko”, “Roma” kimi nəhəngləri ayağına gətirən…

Oyunçusunu “Sevilya”nın israrla istədiyi, Braziliya nəhəngi “Flaminqo”nun transfer etdiyi…

Ölkə xaricinə 5 milyon avroya futbolçu yox, futbolçular satan klubdan gedir.

Bəli, ölkədə başqa komandalar da var…

Təəssüf ki, onlar sadəcə ölkədəki futbol oyununun uğursuz iştirakçılarıdır.

Hələ ki…

Bir güllə bahar olmur. Bir yox, bir neçə çempionluq və avrokuboklarda uğurlu mövsümlər keçirəndən sonra sizin də bu şəkildə danışmağa diliniz olar. İndi isə sadəcə çempionluq mübarizəsində olacaq gücdə bir komanda yartamaqla fəxr edə bilərsiniz.

Belə komandanı yaratmaq isə heç də dünyanın 8-ci möcüzəsi deyil.

Yaxın keçmişdə Roman Qriqorçuk "Qəbələ"də, Roberto Bordin, Samir Abasov "Neftçi"də, Murad Musayev isə elə məhz bu "Sabah"da yaratmışdı.

Ümid edək yaxın gələcəkdə vəziyyət dəyişər / dəyişərsiniz. Sabit "Sabah", çempionluqları sıralayan, avrokuboklarda qruplarda adından sözü etdirən "Sabah" görərik.

Narahat olmayın, onda siz demədən də futbol ictimaiyyəti “Qarabağ” qədər “Sabah”dan və digərlərində də danışacaq.

Ona kimi isə futbolumuzun ənkəsi “Qarabağ”dı.

İstəsəniz də, istəməsəniz də…

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti