Gərək “Neftçi” razılıq versin ki… Vitse-prezidentdən AÇIQLAMA

9 Fevral 23:20 Premyerliqa 183
Gərək “Neftçi” razılıq versin ki… Vitse-prezidentdən AÇIQLAMA

“Əsasnamədə nəzərdə tutulmuş hallarda və qaydada matçların təxirə salınması, oyunun tarixinin, başlanğıc vaxtının və keçirilmə yerinin dəyişdirilməsi mümkündür”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyev “qafqazinfo”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Əsasnamənin 6-cı maddəsinin 2-ci bəndində oyunların vaxtının dəyişdirilməsi və təxirə salınması ilə bağlı müddəalar qeyd olunub:

“Avrokuboklarda 4-cü təsnifat mərhələsində (pley-off) iştirak edən klub oyunun bir dəfə təxirə salınması üçün müraciət edə bilər.

Liqa mərhələsindən sonrakı pley-off mərhələlərində də klubun bununla bağlı hər mərhələdə bir dəfə olmaqla müraciət etməsi mümkündür. Bu iki halda rəqib komandanın razılığı olmalıdır.

Artıq “Qarabağ” komandası liqa mərhələsini adlayaraq 1/16 final mərhələsinə yüksəlib və pley-off mərhələsində “Nyukasl” ilə qarşılaşacaq.

Əsasnamədə də göstərildiyi kimi, “Qarabağ” liqa mərhələsindən sonrakı pley-off mərhələlərində təxirə salınma ilə bağlı müraciət edə bilər. Komandanın Əsasnaməyə uyğun olaraq oyunun təxirə salınması üçün müraciət etmək hüququ var.

Lakin PFL təkcə “Qarabağ” komandasının müraciətinə əsasən oyunu təxirə sala bilməz. Bunun üçün komandanın Misli Premyer Liqasında qarşılaşacağı rəqibinin də razılığı olmalıdır.

Əsasnamədə qeyd olunan bütün prosedur qaydaları yerinə yetirilərsə, PFL-in rəsmi saytında bu məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

“Qarabağ”Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşı keçiriləcək səfər matçına yaxşı hazırlaşmaq üçün PFL-ə Misli Premyer Liqasının 21-ci turunda “Neftçi”yə qarşı keçiriləcək matçın təxirə salınması ilə bağlı müraciət etmişdi.

“Neftçi” isə bu qərarla razılaşmamışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 Fevral 18:10 Çək və bizə göndər!