Premyer Liqanın 3 komandasının pulu artıq düşüb?

01:10 Premyerliqa 74
Premyer Liqanın 3 komandasının pulu artıq düşüb?

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 18-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

"Karvan-Yevlax” – “Sumqayıt” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə Yevlax komandası 1000 manat cərimə edilib.

"Kəpəz” – “Şamaxı” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə “Kəpəz” 1000 manat cərimə edilib.

Meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Kəpəz” daha 5000 manat cərimə edilib.

“Qarabağ” – “Turan Tovuz” oyununda Tovuz komandasında 6 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!