"Qarabağ" zəifləyib, yoxsa Premyer Liqa güclənib? - ŞOK FAKTLAR!

9 Fevral 22:20 Premyerliqa 275
"Qarabağ" zəifləyib, yoxsa Premyer Liqa güclənib? - ŞOK FAKTLAR!

"Qarabağ" zəifləyib, yoxsa liqamız güclənib?

"Sabah"ın həftələrdi lider olması bu sual aktual edib.

Bəs həqiqət?

Nə "Qarabağ" zəifləyib, nə də liqa güclənib.

Bəs "Sabah"ın həftələrdi lider olmasının arxasında nə durur?

Valdas Dambrauskasın yaxşı komanda formalaşdırması.

Xüsusilə Simiç, Puxaç və Maludanın gəlişi ilə "tələbələr" qarşısıalınmaz təsir bağışlayır.

Heyətinin keyfiyyətinə görə "Qarabağ" xaric digər rəqiblərdən bir addım öndədir.

Bəzi mövqelərdə "Qarabağ"la müqayisədə də yaxşı oyunçuları var.

Rəqabətdə olması normaldır.

Cəmi 3 mövsüm öncə Murad Musayev də eynən bu cür startla yadda qalmışdı.

Bu mövsüm Masazır klubu yalnız "İmişli"yə uduzubsa, o dönəmki "Sabah" 18 turun yekununda yalnız "Qarabağ"a məğlub olmuşdu.

Və ya əvvəlki illərdə Roman Qriqorçuklu "Qəbələ", Roberto Bordinli "Neftçi" çempionluq yarışında öz varlığını ortaya qoya bilmişdi.

Samir Abasovun "Neftçi"si isə ümumiyyətlə "Qarabağ"dan çempionluğu almışdı.

Qısası, "Sabah"ın çıxışı yad deyil, çox tanışdır.

Amma bugünkü "Qarabağ" həmin illərdəki "Qarabağ"da daha yorğun, bəzən də çarəsiz görünür.

O da liqanın səviyyəsinin qalxması yox, Çempionlar Liqasındakı səviyyənin təsirindəndir.

Bu mövsüm avrokuboklarda Ağdam klubu üçün heç vaxt olmadığı qədər ağır oyunlar gördü.

"Benfika", "Ayntraxt" üzərində geridönüş, "Çelsi" ilə bərabərlik, ən son Liverpul səfəri komandadan heç vaxt almadığı qədər güc, enerji aldı.

2017-ci ildə qrupda cəmi 6 görüş keçirən kollektiv bu dəfə 8 oyunda meydana çıxmalı olub. Daha iki qarşılaşma da pley-offda olacaq.

Hətta bu qədər ağır qrafik fonunda Qurban Qurbanovun komandası "Zirə"ni 10 xal, "Turan Tovuz"u 9 xal fərqlə qabaqlamazdı.

Bir klubun "Qarabağ"a rəqib olması liqanın səviyyəsinin qalxması demək deyil.

Əvvəlki illərdə də eyni hal yaşanıbsa, onda heç deyil.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 Fevral 18:10 Çək və bizə göndər!